SÜJET

Qeyri-sabit hava Erməni hərbi cinayətkarların məhkəməsi Kiberdələduzluq Süni intellekt Böyük Qayıdış
Bakıda toyda dava düşdü: Əraziyə hüquq-mühafizə orqanları cəlb olundu

Bakıda toyda dava düşdü: Əraziyə hüquq-mühafizə orqanları cəlb olundu

  • 22 iyun 2025, 18:30
Bakı

Bakıda "İmperator Hall" şadlıq sarayında toy zamanı dava düşüb.

Yurd.Media Manşet.az-a istinadən xəbər verir ki, toyda davaya səbəb mahnı sifarişi və rəqs etməklə bağlı olub.

Bəy Röyal Məmmədov tərəflər arasında düşən davanı sakitəşdirmək istəsə də, bu mümkün olmayıb. Daha sonra mübahisə restorandan çöldə davam edib. Əraziyə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb ediliblər. Dava zamanı kiminsə saxlanması barədə məlumat yoxdur.

İnsidentlə bağlı məlumat şadlıq sarayından təsdiq edilib.

Toy sahibləri əslən Azərbaycanın Gədəbəy rayonundan olublar.

Prime Leasing