Paytaxtın Nərimanov rayonu, Azadlıq prospektində yerləşən binaların birində naməlum qadın bloka daxil olaraq evlərə girməyə cəhg göstərib.
Yurd.Media xəbər verir ki, qapılardan birini açıq görən qadın mənzilə daxil olub. Həmin evin girişində mənzil sahibi kamera yerləşdirib və görüntüləri sosial şəbəkədə paylaşıb.
Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin əməkdaşı Elbrus İbrahimov bildirib ki, paytaxtın Nərimanov rayonunda yerləşən binalardan birinin mənzillərinə daxil olmağa çalışan naməlum qadınla bağlı yayılan görüntülər polis əməkdaşları tərəfindən araşdırılır.
Həmin şəxsin saxlanılması istiqamətində müvafiq tədbirlər görülür.
Daha Ətraflı “Xəzər Xəbər”in videomaterialında: