"Azərun MMN” Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) külli miqdarda borcunun olduğu aşkar olunub.
Yurd.Media-nın əldə etdiyimiz məlumata görə, Bakı Kommersiya Məhkəməsinin çıxardığı qətnaməyə görə, “Azərun MMN" MMC 340,9 min ABŞ dolları, həmçinin ödənilmiş mediasiya xərclərinin əvəzi olaraq 300 manat və dövlət rüsumunun əvəzi olaraq 550 manatı “Tru Treydinq" MMC-yə ödəməlidir.
Tələbi təmin etmək məqsədilə borclu “Azərun MMN" MMC-nin bank hesablarına sərəncam tətbiq edilib, lakin bank hesablarında vəsaitin olmadığı aşkarlanıb.
Həmçinin məlum olub ki, “Azərun MMN" MMC-nin adındakı traktor və digər mexaniki nəqliyyat vasitələri dövlət qeydiyyatına alınmayıb. Bundan əlavə İqtisadiyyat Nazirliyi yanında Dövlət vergi xidməti Milli Gəlirlər Baş idarəsinin Hüquqi şəxslərin Dövlət Qeydiyyat idarəsindən bildirilib ki, MMC-nin təsisçisi olduğu kommersiya hüquqi şəxsi aşkar edilməyib.
Nəticədə Nərimanov Rayon Məhkəməsinin qərarı ilə şirkətin rəhbəri 1200 manat məbləğində inzibati qaydada cərimə edilib. Bunun da yerinə yetirilmədiyini nəzərə alan Bakı Kommersiya Məhkəməsi şirkətin rəhbərinin ölkədən getmək hüququnu müvəqqəti məhdudlaşdırılıb.