"TBC Kredit” Bank olmayan kredit təşkilatı Məhdud Məsuliyyətli Cəmiyyətin (MMC) iki müştərisi ilə məhkəmə çəkişməsi davam edir.
Yurd.Media-nın əldə etdiyi məlumata görə, Sumqayıt Şəhər Məhkəməsinin qərarı ilə iki nəfər borclunun 13 673 manat və 30 manat dövlət rüsumu tutularaq "TBC Kredit”ə ödənilməlidir. Lakin borcluların ödəniş etmək imkanları olmayıb.
Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru təqdimatla məhkəməyə müraciət edib və borcluların ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərardad qəbul edilməsini xahiş edib. Sumqayıt Şəhər Məhkəməsi tərəfindən təqdimat təmin edilib və borcluların ölkədən getmək hüquqları müvəqqəti məhdudlaşdırılıb.
Qeyd edək ki, “TBC Kredit” 1999-cu ildə yaradılıb və 100%-i Gürcüstanın “TBC Bank”ına məxsusdur.