Lökbatanda ağır QƏZA: Ölənlər və yaralılar var - YENİLƏNİB

Lökbatanda ağır QƏZA: Ölənlər və yaralılar var - YENİLƏNİB

  • 23 aprel 2025, 23:17
Bakı

Bakının Qaradağ rayonunun Lökbatan qəsəbəsi ərazisində "Lada" və "Hyundai" markalı avtomobillərin toqquşması nəticəsində ağır yol-nəqliyyat hadisəsi baş verib.

Yurd.Media Bakupost-a istinadən xəbər verir ki, qəza nəticəsində 10-a yaxın şəxs müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin əməkdaşı, polis leytenantı Lumu İsrəfillinin verdiyi məlumata görə, aprelin 23-də saat 17:50-də paytaxtın Qaradağ rayonu ərazisində "Lada" və "Hyundai" markalı avtomobillərin toqquşması nəticəsində iki sərnişin aldıqları xəsarətlərdən hadisə yerində ölüb.

Yol-nəqliyyat hadisəsi ilə bağlı ərazi üzrə polis orqanında cinayət işi başlanılıb.

Hazırda istintaq aparılır.


21:57

Bakının Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib.

Yurd.Media Bakupost-a istinadən xəbər verir ki, "Mercedes Sprinter" markalı mikroavtobus aşıb.

Hadisə nəticəsində xeyli sayda şəxs yaralanıb.

Yaralılar Kliniki Tibbi Mərkəzə yerləşdiriliblər.