SÜJET

Bank Böyük Qayıdış Erməni hərbi cinayətkarların məhkəməsi Süni intellekt Kiberdələduzluq
Bakıda dövlətin əmlak maraqlarına təhlükə yaradan klub aşkarlandı

Bakıda dövlətin əmlak maraqlarına təhlükə yaradan klub aşkarlandı

  • 22 sentyabr 2025, 12:41

Bakı şəhərinin Nəsimi rayonu, Cavadxan küçəsi, ev 31C ünvanında fəaliyyət göstərən "By Elnur Music Hall" gecə əyləncə klubunun fəaliyyətinin dayandırılması barədə qərar qəbul olunub.

Fövqəladə Hallar Nazirliyindən Yurd.Media-ya bildirilib ki, Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən Bakı şəhərinin Nəsimi rayonu, Cavadxan küçəsi, ev 31C ünvanında fəaliyyət göstərən "By Elnur Music Hall" gecə əyləncə klubunda keçirilən yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində çoxsaylı nöqsanların mövcud olduğu, həmin nöqsanların insan həyatı və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa təhlükə yaratdığı müəyyən edilib.

Qeyd olunanları nəzərə alaraq, yanğın təhlükəsizliyi norma və qaydalarının tələblərinin kobud pozulması faktları aşkar edilib və klubunun fəaliyyətinin dayandırılması barədə qərar qəbul olunub. Qərarın bir nüsxəsi obyektin nümayəndəsinə təqdim edilib

Prime Leasing