SÜJET
Binəqədi rayonu, Baksol yolu adlanan ərazidə quyuya düşərək köməksiz vəziyyətdə qalan şəxsin axtarışları davam edir.
Yurd.Media xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.
"Hazırda xüsusi vasitələrlə təchiz edilmiş xilasedicilər tərəfindən axtarışlar davam etdirilir. Əlavə məlumat veriləcək", - məlumatda deyilir.
*** 14:21
Bakıda bir nəfər quyuya düşüb.
Yurd.Media xəbər verir ki, bu barədə FHN Mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhəri, Binəqədi rayonu, Baksol yolu adlanan ərazidə 1 nəfərin quyuya düşərək köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.
Məlumatla əlaqədar FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri çağırış üzrə cəlb olunub.
Əlavə məlumat veriləcək.