SÜJET

Rusiyada azərbaycanlılara qarşı vəhşilik Erməni hərbi cinayətkarların məhkəməsi Kiberdələduzluq Böyük Qayıdış Süni intellekt
Bakıda 10-cu mərtəbədən yıxılıb sağ qalan qızın vəziyyəti necədir?

Bakıda 10-cu mərtəbədən yıxılıb sağ qalan qızın vəziyyəti necədir?

  • 26 may 2025, 16:35
Bakı

Beyləqan rayon sakini 2006-cı il təvəllüdlü Nərminə Əmirli paytaxtın Əsəd Əhmədov küçəsi, 24B ünvanında yerləşən 16 mərtəbəli binanın 10-cu mərtəbəsindən yıxılıb.

Yurd.Media xəbər verir ki, bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi məlumat yayıb.

Bildirilib ki, Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Yasamal rayonu ərazisindən 24.05.2025-ci il tarixində saat 18:50 radələrində 19 yaşlı şəxsin (qadın cinsli) hündürlükdən yıxılması səbəbilə çağırış daxil olub.

"Çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub. Xəstəyə zəruri tibbi yardım göstərilib, boyun şinası qoyulub. Pasiyent müştərək travmalar, bel-oma nahiyəsinin travması diaqnozu ilə Kliniki Tibbi Mərkəzə təxliyə olunub.

Dərhal xəstəyə zəruri tibbi xidmətlər göstərilib. Hazırda Neyrocərrahiyyə şöbəsində xəstənin müalicəsi davam etdirilir. Vəziyyəti ağır stabil qiymətləndirilir", - deyə məlumatda qeyd edilib.

***

Bakı şəhəri Yasamal rayonunda bədbəxt hadisə baş verib.  

Yurd.Media Qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə mayın 24-ü saat 19 radələrində qeydə alınıb.Belə ki, Beyləqan rayon sakini 2006-cı il təvəllüdlü Nərminə Əmirli paytaxtın Əsəd Əhmədov küçəsi 24 "B"də yerləşən 16 mərtəbəli binanın 10-cu mərtəbəsindən yıxılıb.

Pəncərədən yıxılan qız möcüzə nəticəsində sağ qalıb. Xəstəxanaya yerləşdirilmiş N. Əmirlinin vəziyyəti orta-ağırdır.

Prime Leasing