SÜJET

Sülh gündəliyi Böyük Qayıdış Erməni hərbi cinayətkarların məhkəməsi Bank Süni intellekt
Bakı-Quba yolunda Hyundai yük avtomobilinə çırpıldı, sürücü hadisəsi yerində öldü

Bakı-Quba yolunda "Hyundai" yük avtomobilinə çırpıldı, sürücü hadisəsi yerində öldü

  • 18 aprel 2025, 23:39
Quba

Bu gün Bakı-Quba yolunun 29-cu kilometrliyində ağır yol-nəqliyyat hadisəsi baş verib.

Yurd.Media "Oxu.Az"a istinadən xəbər verir ki, Fəzail Şadoğlan oğlu Cəlilovun idarə etdiyi "Hyundai Elantra" markalı, 99-BT-665 dövlət qeydiyyat nişanlı avtomobil hərəkətdə olarkən yolun kənarında dayanmış DAF markalı, 99-RR-219 dövlət qeydiyyat nişanlı yük avtomobilinin qoşqusuna çırpılıb.

Qəza nəticəsində "Hyundai" markalı avtomobilin sürücüsü Fəzail Cəlilov aldığı xəsarətlərdən hadisə yerində həlak olub.

Faktla bağlı araşdırma aparılır.

Prime Leasing
SPE Annual Caspian