SÜJET

Erməni hərbi cinayətkarların məhkəməsi Bank Böyük Qayıdış Daşınmaz əmlak Süni intellekt
Bakı metrosunda relsin üstünə düşən kişi ölüb

Bakı metrosunda relsin üstünə düşən kişi ölüb

  • 07 yanvar 2026, 21:13
Bakı

Bakı metrosunda relsin üstünə düşən kişi ölüb.

"Bakı Metropoliteni" QSC-dən Yurd.Media-ya bildirilib ki, Bu gün saat 20:00 radələrində "Bakı Metropoliteni" QSC-nin "Nərimanov" stansiyasında 50-55 yaşlarında kişi sərnişin qatar platformaya daxil olan zaman relsin üzərinə düşüb.

Bildirilib ki, qatar maşinisti dərhal əyləci sıxıb, sərnişinin stansiya yolundan çıxarılması üçün əməliyyat planı həyata keçirilib.

"Təəssüf hissi ilə bildiririk ki, sərnişinin həyatını xilas etmək mümkün olmayıb", - məlumatda vurğulanıb.

Hadisə ilə bağlı hüquq-mühafizə orqanları araşdırma aparır. Əlavə məlumatlar təqdim ediləcək.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları