SÜJET

Sülh gündəliyi Böyük Qayıdış Erməni hərbi cinayətkarların məhkəməsi Bank Süni intellekt
Babəkdə yas mərasimində qadınlar kütləvi zəhərlənib

Babəkdə yas mərasimində qadınlar kütləvi zəhərlənib

  • 12 dekabr 2025, 22:08

Babək rayonununda yas mərasimində qadınların kütləvi zəhərlənməsi baş verib.

Yurd.Media "Report"a istinadən xəbər verir ki, Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Kültəpə kəndində 20-dən çox şəxs dəm qazından zəhərlənib.

Zərərçəkmişlər Naxçıvan Muxtar Respublikası Yoluxucu Xəstəliklər Mərkəzinə yerləşdirilib.

Mərkəzinin Təcili tibbi yardım şöbəsinin həkim-infektsionisti Tahirə Məmmədova deyib ki, xəstələrə ilkin tibbi yardım göstərilib və onlar uzun müddət müşahidə altında saxlanılıb. Müraciət edənlərin hamısı qadın olub. Xəstələrin vəziyyəti stabilləşdikdən sonra evə buraxılıblar.

"Şöbəyə dəm qazı zəhərlənməsi şübhəsi ilə daxil olan 23 qadın evə buraxılıb", - Mərkəzdən bildirilib.

Prime Leasing
SPE Annual Caspian