Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Əmək Müfəttişliyi Xidmətinin Bakı Şəhər İdarəsi tərəfindən “Azərglass” Məhdud Məsuliyyətli Cəmiyyətə (MMC) qarşı cərimə yazılıb.
Yurd.Media-nın əldə etdiyi məlumata görə, şirkət işçinin qanunsuz işdən çıxarılması ilə bağlı idarəyə şikayət edilib. Şikayət əsasında araşdırma aparılıb və İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə protokol tərtib edilib.
Protokol təsdiq olunması üçün Nərimanov Rayon Məhkəməsinə göndərilib. Məhkəmənin qərarı ilə MMC 3 min manat cərimə olunub.
Bu qərardan narazı qalan MMC-nin direktoru apellyasiya şikayəti versə də Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə şikayət təmin olunmayıb.
Qeyd edək ki, “Azərglass” şirkəti 1997-ci ildə qurulub. Qurulduğu ilk gündən Azərbaycanın şüşə bazarının ən böyük payçılarından biridir.