SÜJET

Ramazan 2026 Böyük Qayıdış Bank Süni intellekt Daşınmaz əmlak
“Azercell”in mühəndisini iş vaxtı elektrik vurdu

“Azercell”in mühəndisini iş vaxtı elektrik vurdu

  • 24 oktyabr 2025, 20:34
Lənkəran

Lənkəran rayonunda “Azercell”in əməkdaşını iş zamanı elektrik cərəyanı vurub.

Yurd.Media "İqtisadiyyat.az"a istinadən xəbər verir ki, hadisə rayonun Gərgiran kəndində qeydə alınıb.

Məlumata görə, mobil operator şirkətinin enerji mühəndisi vəzifəsində çalışan, Cəlilabad rayonunun Günəşli kənd sakini, 1986-cı il təvəllüdlü Rusif Nurəddin oğlu Əmənovu elektrik cərəyanı vurub.

O, ətrafdakı insanların köməkliyi ilə dərhal Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Vəziyyətinin ağır olması səbəbindən R.Əmənov reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları