Ötən gecə Azərbaycanın daha bir rayonunda zəlzələ baş verib.
AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosundan Yurd.Media-ya bildirilib ki, yerli vaxtla saat 01:52-də Pirqulu stansiyasından 13 km cənubda, Ağsu rayonunda 3,3 maqnitudada zəlzələ qeydə alınıb.
Məlumata əsasən, zəlzələ 3 bal gücündə hiss olunub. Zəlzələ ocağı 7 kilometr dərinlikdə yerləşib.