SÜJET

Ağ Evdə 8 avqust görüşləri Erməni hərbi cinayətkarların məhkəməsi Süni intellekt Böyük Qayıdış Kiberdələduzluq
Azərbaycanda qadın çaqqalı boğaraq zərərsizləşdirdi - VİDEO

Azərbaycanda qadın çaqqalı boğaraq zərərsizləşdirdi - VİDEO

Cəlilabad

Son günlərdə çaqqalların kəndlərə, həyətlərdə saxlanılan toyuq-cücəyə hücumları çoxalıb. Belə hadisənin tez-tez baş verdiyi kəndlərdən biri də Cəlilabadın Şatırlı kəndidir.

Yurd.Media xəbər verir ki, dünən günorta saatlarından sonra çaqqal bir neçə evə hücum çəkib. Bunlardan biri Aygün Orucovanın evi olub.

Qadın "Xəzər Xəbər"ə açıqlamasında qeyd edir ki, çaqqal onun belindən yapışıb. Bu zaman köməksiz qalan kənd sakini çaqqalı boğaraq zərərsizləşdirib.

Ümumilikdə, çaqqalların hücum çəkməsi ilə bağlı 2 nəfər qadın, 1 nəfər kişi Cəlilabad rayon Mərkəzi Xəstəxanasının təcili yardım şöbəsinə müraciət ediblər. Onlara zəruri tibbi köməklik göstərilib.

Prime Leasing