SÜJET
Fövqəladə Hallar Nazirliyi (FHN) üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir.
Bu barədə Yurd.Media -ya qurumun Mətbuat xidmətindən bildirilib.
Belə ki, nazirliyin “112” qaynar xəttinə daxil olan zənglər əsasında nazirliyin aidiyyəti qurumları tərəfindən ötən həftə ərzində 940 yanğına çıxış, 67 halda köməksiz vəziyyətdə qalma və 3 avtonəqliyyat qəzası faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Görülən təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.
Ümumilikdə, FHN-in qüvvələri tərəfindən ötən həftə ərzində 16-sı azyaşlı olmaqla 71 nəfər, o cümlədən dənizdə batma təhlükəsi olan 16 nəfər xilas edilib, 7-si azyaşlı olmaqla 22 nəfər təxliyə olunub, 11 nəfər tüstüdən zəhərlənib, 12 nəfərin meyiti aidiyyəti üzrə təhvil verilib.