SÜJET

Erməni hərbi cinayətkarların məhkəməsi Böyük Qayıdış Kiberdələduzluq Süni intellekt Bank
Bakı-Qazax sürətli qatarı gecikmə ilə hərəkət edib

Bakı-Qazax sürətli qatarı gecikmə ilə hərəkət edib

  • 21 iyul 2025, 20:54
Bakı

Bakı-Qazax sürətli qatarı gecikmə ilə hərəkət edib.

Yurd.Media Oxu.Az-a istinadən xəbər verir ki, qatar bir müddət Dəllər stansiyasında dayanıb.

"Azərbaycan Dəmir Yolları" QSC-dən (ADY) Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, qeyd olunan stansiyada sənədlərin yoxlanışı zamanı bir sərnişinin sənədində məlumat uyğunsuzluğu aşkarlanıb.

Lakin sərnişin bununla razılaşmayıb və qatarın vaxtında hərəkət etməsinə maneə yaradıb. Nəticədə, qatar hərəkətini 17 dəqiqəlik gecikmə ilə davam etdirib.

Azərbaycan Dəmir Yolları QSC (ADY)

Prime Leasing