Sumqayıt şəhərinin Hacı Zeynalabdin qəsəbəsində yol-nəqliyyat hadisəsi baş verib.
Yurd.Media xəbər verir ki, "Mercedes" markalı minik avtomobilinin idarəetmədən çıxaraq, divara çırpılması nəticəsində 6 yenigetmə müxtəlif dərəcəli xəsarətlər alıb.
Sumqayıt Tibb Mərkəzindən "Report"a bildirilib ki, müxtəlif xəsarətlər alan şəxslərə zəruri tibbi xidmətlər göstərilib.
Onlardan 3 nəfərin vəziyyəti orta ağır, 3 nəfərin vəziyyəti isə sabitdir.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.