SÜJET

Rusiyada azərbaycanlılara qarşı vəhşilik Erməni hərbi cinayətkarların məhkəməsi Kiberdələduzluq Böyük Qayıdış Süni intellekt
Sumqayıtda dənizdə azyaşlı qıcolmadan ölüb - YENİLƏNİB

Sumqayıtda dənizdə azyaşlı qıcolmadan ölüb - YENİLƏNİB

  • 21 iyul 2025, 21:15

Sumqayıtda çimərlikdə azyaşlı ölüb.

"21.07.2025-ci il tarixində saat 15:30 radələrində 2011-ci il təvəllüdlü şəxs (kişi cinsli) Sumqayıt Tibb Mərkəzinin tabeliyində olan 2 nömrəli Xəstəxananın Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub".  

Bu barədə Yurd.Media-nın sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib. Qeyd edilib ki, azyaşlının xəstəxanayaqədər ölüm faktı qeydə alınıb:

"Meyit təşrih olunması üçün Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Sumqayıt şəhər şöbəsinə təhvil verilib".

Firayə Nurizadə

*** 19:07

Sumqayıtda çimərlikdə azyaşlı ölüb.

Yurd.Media APA-ya istinadən xəbər verir ki, 2011-ci il təvəllüdlü Azər Məcidov dənizdə çimərkə epileptik tutma nəticəsində ölüb. Hadisə şahidlərinin bildirdiyinə görə, suya girdikdən dərhal sonra epileptik tutma olub və uşaq huşunu itirib.

Azyaşlı təcili tibbi yardım vasitəsilə xəstəxanaya çatdırılıb, lakin onu xilas etmək mümkün olmayıb.

Prime Leasing