SÜJET
Ağdam və Ağdərə rayonlarında geniş ərazilərdə yanğın baş verib.
Yurd.Media "Qafqazinfo"ya istinadən xəbər verir ki, Ağdamın Əlağalı, Qaralar, Qazançı kəndlərində başlayan yanğın Ağdərənin Sırxavənd kəndinə qədər yayılıb.
Kol bitkiləri və quru ot örtüyünün yanması nəticəsində alov daha da geniş ərazilərə doğru irəliləyib.
Hazırda yanğının söndürülməsi üçün Fövqəladə Hallar Nazirliyinin (FHN) Ağdamdan 2 yanğınsöndürən maşını və işçi qüvvələri, Xocalı və Ağdərədən hər birindən 1 maşın və işçi qüvvə cəlb olunub.
Yanğın baş verən ərazilərdə ardıcıl olaraq 3 dəfə mina partlayışı baş verib. Ərazinin dağlıq relyefi olduğu üçün ümumilikdə 50 nəfər şəxsi heyət xüsusi vasitələrlə yanğının meşə ərazisinə keçməsinin qarşısını almağa çalışırlar.
Həmin görüntüləri təqdim edirik: