SÜJET

Erməni hərbi cinayətkarların məhkəməsi Böyük Qayıdış Kiberdələduzluq Süni intellekt Bank
Astarada yeniyetmə sürücü maşını dirəyə çırpıb

Astarada yeniyetmə sürücü maşını dirəyə çırpıb

  • 21 oktyabr 2025, 10:08
Astara

Astarada yeniyetmə sürücü maşını dirəyə çırpıb.

Yurd.Media APA-ya istinadən xəbər verir ki, 19 yaşlı sürücünün idarə etdiyi avtomobil idarəetməni itirərək yol kənarında dirəyə çırpılıb.

Yol-nəqliyyat hadisəsi gecə saatlarında Astara rayonunun Təngərüd kəndi ərazisində baş verib.

Kənd sakini 2006-cı il təvəllüdlü Tahin Ramin oğlu Dadaşov idarə etdiyi "Azsamand" markalı nəqliyyat vasitəsi ilə hərəkətdə olarkən idarəetməni itirib. Nəqliyyat vasitəsi yoldan çıxaraq yol kənarındakı dirəyə çırpılıb. Ağır bədən xəsarətləri alan sürücü T.Dadaşov Lənkəran rayon mərkəzi xəstəxanasının təcili yardım şöbəsinə hospitalizasiya olunub. Həkimlər ona sol çiyin qurşağının küt travması və bədəndə çoxsaylı sıyrıntılar diaqnozu qoyublar. Müalicəsi təcili yardım şöbəsində davam etdirilir.

Sürücünün sözlərinə görə, o, hərəkətdə olarkən digər avtomobil ötmə əməliyyatını düzgün yerinə yetirməyib və "Azsamand"ı sıxışdırıb.

Faktla bağlı araşdırma aparılır.

Prime Leasing