SÜJET

Rusiyada azərbaycanlılara qarşı vəhşilik Erməni hərbi cinayətkarların məhkəməsi Kiberdələduzluq Böyük Qayıdış Süni intellekt
Mərdəkanda dənizdə bir nəfər batıb

Mərdəkanda dənizdə bir nəfər batıb

  • 22 iyul 2025, 17:23

Fövqəladə Hallar Nazirliyinin “112" qaynar telefon xəttinə Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində dənizdə nəzarətsiz ərazidə 1 nəfərin batması barədə ilkin məlumat daxil olub.

FHN-in Mətbuat xidmətindən Yurd.Media-ya verilən xəbərə görə, məlumatla əlaqədar dərhal FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunub.

Hazırda batdığı ehtimal olunan şəxsin axtarışları davam etdirilir.

Əlavə məlumat veriləcək.

Prime Leasing