Sumqayıtda kütləvi zəhərlənmə ilə bağlı 21 nəfər hospitalizasiya olunub - YENİLƏNİB 2

Sumqayıtda kütləvi zəhərlənmə ilə bağlı 21 nəfər hospitalizasiya olunub - YENİLƏNİB 2

  • 21 aprel 2025, 20:06
Sumqayıt

Sumqayıt tekstil fabrikində kütləvi zəhərlənmə ilə bağlı bu gün saat 16:05 radələrindən başlayaraq Sumqayıt Tibb Mərkəzinin nəzdində olan 1 nömrəli Şəhər Xəstəxanasının İnfeksion xəstəliklər şöbəsinə 21 nəfər hospitalizasiya olunub.

Yurd.Media-nın əldə etdiyi məlumata görə, dəqiqləşdirilməmiş bakterial qida zəhərlənməsi diaqnozu ilə 18 qadın, 3 kişi zəruri tibbi xidmətlərlə təmin olunublar.

Vəziyyətləri qənaətbəxş olan şəxslər ambulator müalicə üçün evə buraxılıblar.


17:44

Sumqayıt Tekstil Fabrikində kütləvi zəhərlənmə hadisəsini iki dövlət qurumu təsdiqləsə də, fabrikin "qaynar xətt"inə edilən zəngə cavab verən şəxs faktı inkar etməyə çalışdı.

Yurd.Media Oxu.Az-a istinadən xəbər verir ki, o,açıqlamasında belə bir hadisənin olmadığını bildirdi.

Əməkdaşımız TƏBİB-in məlumatı təsdiqlədiyini xatırladandan sonra sözügedən şəxs laqeyd tonda fikrini dəyişib: "O zaman TƏBİB-dən soruşun. Mənə niyə zəng etmisiniz? Mən mühasibəm", - deyə cavabdan yayındı.

Maraqlı burasındadır ki, açıqlama verən şəxs faktı inkar edəndə "mühasib" olduğunu unudaraq qurumu müdafiə edirdi.

***

Sumqayıt tekstil fabrikində kütləvi zəhərlənmə olub.

Yurd.Media xəbər verir ki, əraziyə təcili tibbi yardım briqadası cəlb olunub.

Bildirilir ki, zəhərlənənlərin sayı 19 nəfərdir.