SÜJET

Süni intellekt Kiberdələduzluq Erməni hərbi cinayətkarların məhkəməsi Böyük Qayıdış
Azərbaycan səfirliyinə hücum edənin edamı niyə gecikir? - Nazir müavini açıqladı

Azərbaycan səfirliyinə hücum edənin edamı niyə gecikir? - Nazir müavini açıqladı

  • 06 may 2025, 10:35
Bakı

İranın Xarici İşlər Nazirliyinin Siyasi və Beynəlxalq Araşdırmalar Mərkəzinin (IPIS) rəhbəri, nazir müavini Səid Xətibzadə Azərbaycanın Tehrandakı səfirliyinə hücum edən Yasin Hüseynzadənin barəsindəki hökmün icra olunmamasına münasibət bildirib.

"Yurd.Media"nın məlumatın görə, diplomat bildirib ki, İranın məhkəmə hakimiyyətində hökmün icrası üçün zəruri prosedurların başa çatması lazımdır:

“Azərbaycanın səfirliyinə hücum acı bir hadisə idi. Bu hadisədən sonra həm polis, həm də məhkəmə hakimiyyəti tərəfindən çox geniş istintaq aparıldı. İranın məhkəmə hakimiyyətində hökmün icrası üçün zəruri prosedurların başa çatması lazımdır. Bu məsələ xüsusi şikayət əsasında tənzimlənir və Azərbaycanın İrandakı səfirliyi bu məsələ ilə maraqlanır. Əminəm ki, ədalət qələbəsini çalacaq və hökm icra olunacaq”.

Prime Leasing