Azad edilmiş ərazilərdə 71 mina, 574 PHS aşkarlanıb

Azad edilmiş ərazilərdə 71 mina, 574 PHS aşkarlanıb

  • 28 aprel 2025, 11:55

İşğaldan azad edilmiş ərazilərdə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) tərəfindən icra olunan əməliyyatlar barədə həftəlik məlumat (21.042025 -27.05.2025) açıqlanıb.

Yurd.Media xəbər verir ki, ANAMA-dan verilən məlumata görə, Tərtər, Ağdam, Ağdərə, Laçın, Füzuli, Şuşa, Xocalı, Xankəndi, Kəlbəcər, Xocavənd, Cəbrayıl, Qubadlı və Zəngilanda 35 piyada əleyhinə mina, 36 tank əleyhinə mina, 574 Partlamamış Hərbi Sursat (PHS) aşkarlanıb.

Bildirilib ki, 1 925,4 hektar ərazi mina və PHS-lərdən təmizlənib.