SÜJET

Daşınmaz əmlak Bank Sülh gündəliyi Süni intellekt Böyük Qayıdış
AYNA-nın 2 min manat cərimələdiyi şirkət qərarı LƏĞV ELƏTDİRDİ

AYNA-nın 2 min manat cərimələdiyi şirkət qərarı LƏĞV ELƏTDİRDİ

  • 09 yanvar 2026, 11:46

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən “Abşeron-Şərab” Açıq Səhmdar Cəmiyyətinə (ASC) cərimə yazılıb.

Yurd.Media-nın əldə etdiyi məlumata görə, agentlik tərəfindən şirkətə məxsus yük daşıması yerinə yetirən “Ford Tranzit” markalı avtonəqliyyat vasitəsinin texniki vəziyyətinin reysqabağı yoxlanılmaması, həmin nəqliyyat vasitəsi sürücüsünün reysqabağı tibbi müayinəsinin təşkil edilməməsi aşkar edilib.

Bununla da ASC-nin barəsində İnzibati Xətalar Məcəlləsinin 326-cı maddəsi ilə protokol yazılıb.

Abşeron Rayon Məhkəməsinin qərarı ilə ASC 2 min manat məbləğində cərimə edilib.

“Abşeron-Şərab” qərardan apellyasiya şikayəti verib və qeyd olunan maddənin tərkib əlamətləri olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə yeni qərar qəbul edilməsini xahiş edib.

Sumqayıt Apellyasiya Məhkəməsinin qərarı ilə ASC-nin şikayəti təmin edilib və Abşeron Rayon Məhkəməsinin qərarı ləğv edilib. 

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları