SÜJET
Cəlilabad rayon sakini bədbəxt hadisə nəticəsində ölüb.
Yurd.Media xəbər verir ki, hadisə Biləsuvar rayonu Ovçubərə kəndi ərazisində yerləşən obada qeydə alınıb.
Belə ki, ilkin məlumata görə, Cəlilabad rayonunun Günəşli kənd sakini 1984-cü il təvəllüdlü Tofiq Allaverən oğlu Əliyev ata minmək istəyən zaman yıxılıb və ayağı üzəngiyə ilişib.
Daha sonra at onu sürüyüb. Nəticədə T. Əliyev keçinib.
Faktla bağlı araşdırma aparılır.