SÜJET

Qurban bayramı Kiberdələduzluq Erməni hərbi cinayətkarların məhkəməsi Süni intellekt Böyük Qayıdış
Aprelin güclü yağışı şimal bölgəsində fermerlərə ciddi ziyan vurdu - VİDEO

Aprelin güclü yağışı şimal bölgəsində fermerlərə ciddi ziyan vurdu - VİDEO

Xaçmaz

Xaçmazda sel suları təsərrüfata ciddi ziyan vurub. Xaçmaz rayonunda Kazım Cəlilovun 15 sota yaxın badam bağı suyun altında qalıb.

Yurd.Media xəbər verir ki, suyun səviyyəsinin qalxması ilə şimal bölgəsinə ciddi ziyan dəyib.

"İTV"yə danışan sahibkar Kazım Cəlilov bildirib ki, generatorları su basaraq sıradan çıxıb. Meyvə gələn ərəfədə su basdı və zəhmətimiz boşa getdi.

Ekspert Ağaməhəmməd Alosmanov bildirib ki, arpa və buğda kimi taxıl bitkiləri artıq qış yuxusundan oyanıblar. Onlara ciddi ziyan dəyib. Meyvə bağlarında çiçəklər açmışdı,Lakin həmin dövrdə baş verən küləklər çiçəklərin tökülməsinə səbəb oldu.

Aqrar Sığorta Fondunun idarə heyətinin sədri Fuad Sadıqov bildirib ki, apreldə Aqrar Sığorta Fondunda sığorta olunan müştərilər tərəfindən artıq 13 milyon manatlıq zərərlərinin olmasına dair müraciətlər edilib. Son 2 ildə sığorta fondu tərəfindən ödənişlərin həcmi 12 milyon manatı ötüb. Bu, kifayət qədər böyük bir rəqəmdir. Cari ilin birinci rübündə zərər ödənişlərimiz 3 milyon manata çatıb. Düşünürük ki, ödənişlərimiz daha da artacaq. Qeyri-kommersiya əsaslı sığorta mexanizminin başlıca məqsədi gəlir əldə etmək deyil. Yığılan vəsaitlərin toplanması və fermerlərimizin istehsallarının normal şəkildə davam etməsi üçün qurulan bir mexanizimdir.

Prime Leasing