Bu günlərdə havaların qeyri-sabit keçməsi nəticəsində Ağsuçayın məcrasından çıxan sel suları Arat-Curuxlu-Maşadqanlı kənd avtomobil yolunun bir hissəsini yararsız hala salmışdı.
Yurd.Media xəbər verir ki, təbii fəlakət nəticəsində Maşadqanlı kəndi ilə rayon mərkəzi arasında nəqliyyat əlaqəsi kəsilmiş, əraziyə polis və digər aidiyyəti qurumların əməkdaşları, həmçinin texnika cəlb olunmuşdu.
Hazırda yolun bərpası istiqamətində intensiv iş aparılır və kənd sakinlərinin rayonla əlaqəsini bərpa etmək məqsədilə artıq alternativ və müvəqqəti yol salınaraq istifadəyə verilib. Ötən gündən etibarən avtomobillər həmin yoldan istifadə edir.
Ərazidə ağır texnika və canlı qüvvə işləyir. Əvvəlcə çayda suyun istiqaməti dəyişdirilir, bu iş yekunlaşdıqdan sonra isə selin dağıtdığı əsas yolun bərpasına başlanacaq.