SÜJET

Rusiyada azərbaycanlılara qarşı vəhşilik Erməni hərbi cinayətkarların məhkəməsi Kiberdələduzluq Böyük Qayıdış Süni intellekt
Ağdərədə minaya düşən şəxsin ayağı amputasiya edilib - YENİLƏNİB

Ağdərədə minaya düşən şəxsin ayağı amputasiya edilib - YENİLƏNİB

  • 10 iyul 2025, 14:31
Ağdərə

Ağdərədə minaya düşən şəxsin ayağı amputasiya edilib.

Yurd.Media xəbər verir ki, bunu Trend-ə açıqlamasında Bərdə Rayon Mərkəzi Xəstəxanasının cərrahı Hafiz Əliyev deyib.

"Bu gün səhər saat 09:30 radələrində 1974-cü il təvəllüdlü şəxs (kişi cinsli) şəxs Tərtər rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.

İlkin tibbi yardım aldıqdan sonra pasiyent daha ixtisaslı tibbi yardım almaq üçün Bərdə Rayon Mərkəzi Xəstəxanasına təxliyyə edilib.

Xəstədə sol aşağı ətrafın travmatik amputasiyası qeyd edilirdi. Şəxsin üzərində cərrahi əməliyyat icra olunub. Hazırda müvafiq şöbədə müalicəsi davam etdirilir. Xəstənin vəziyyəti ağır olaraq qiymətləndirilir".

*** 10:12

Ağdərə rayonunun Həsənqaya kəndi ərazisində 2025-ci il 10 iyul tarixində mina hadisəsi baş verib.

Bu barədə Yurd.Media-ya Daxili İşlər Nazirliyi, Baş Prokurorluğu və Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat Xidmətlərindən məlumat verilib.

Bildirilib ki, 1979-cu il təvəllüdlü Quluyev Qulu Tufan oğlu minalardan təmizlənməmiş Həsənqaya kəndi ərazisində mal-qara otararkən piyada əleyhinə mina partlayışı nəticəsində sol ayağından xəsarət alıb.

Faktla bağlı Tərtər rayon prokurorluğunda araşdırma aparılır.

***

Ağdərədə mina hadisəsi baş verib.

Yurd.Media APA-ya istinadən xəbər verir ki, hadisə Ağdərə rayonu ərazisində qeydə alınıb.

Belə ki, Şıxarx qəsəbə sakini Quliyev Qulu Tufan oğlu mina partlaması nəticəsində xəsarət alıb.

Hadisə yerinə hüquq-mühafizə orqanları əməkdaşlarının cəlb olunduğu bildirilir.

Prime Leasing