SÜJET

Bank Erməni hərbi cinayətkarların məhkəməsi Kiberdələduzluq Süni intellekt Böyük Qayıdış
Ağdaşda avtomobil AŞDI: Sürücü öldü

Ağdaşda avtomobil AŞDI: Sürücü öldü

  • 07 sentyabr 2025, 22:18
Ağdaş

Ağdaşda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Yurd.Media xəbər verir ki, hadisə bu gün saat 17 radələrində Bakı-Qazax magistral yolunun Ağdaş rayonu ərazisindən keçən hissəsində baş verib.

KIA markalı avtomobil hərəkətdə olarkən idarəetmədən çıxaraq aşıb. Hadisə nəticəsində sürücü, 29 yaşlı Əhliman Mehdiyev aldığı xəsarətlərdən hadisə yerində ölüb, avtomobildə olan sərnişin isə xəsarət alıb.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar aparılır.

Prime Leasing