Baş Prokurorluq Ağdamda insan sümüklərinə bənzər skeletin aşkarlanması ilə bağlı məlumat yayıb.
Baş Prokurorluğun Mətbuat Xidmətindən Yurd.Media-ya verilən məlumata görə, iyunun 12-də Ağdam rayonu, Maqsudlu kəndi ərazisində insana məxsus olması ehtimal edilən sümük fraqmentlərinin aşkar edilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Dərhal prokurorluq əməkdaşları tərəfindən kriminalist və ekspertin iştirakı ilə hadisə yerinə baxış keçirilib, baxış zamanı aşkar olunmuş sümük qalıqları ekspertiza və laborator müayinələrin aparılması məqsədilə müvafiq qaydada götürülüb, eləcə də digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.
Faktla bağlı Ağdam Rayon Prokurorluğunda araşdırma aparılır.
*** 11:00
Ağdamda insan sümüklərinə oxşar skelet aşkarlanıb.
Yurd.Media xəbər verir ki, meyit qalıqları rayonun erməni işğalından azad olunmuş Maqsudlu kəndi ərazisində qazıntı işləri aparılarkən tapılıb.
Müvafiq dövlət qurumlarının nümayəndələri əraziyə gəliblər.
Faktla bağlı araşdırma aparılır.