Ağdamda iki qardaş narkotiklə bağlı tutulub

Ağdamda iki qardaş narkotiklə bağlı tutulub

  • 05 may 2025, 12:38
Ağdam

Ağdamda narkotikə qarşı əməliyyat keçirilib.

Yurd.Media APA-ya istinadən xəbər verir ki, Ağdam Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı növbəti tədbir zamanı əvvəllər məhkum olunmuş Tahir və Mahir Məmmədov qardaşları saxlanılıblar. Onlardan satış məqsədi əldə etdikləri 1 kiloqramdan artıq marixuana aşkarlanaraq götürülüb.

Faktla bağlı cinayət işi başlanılıb, adıçəkilən şəxslər barəsində həbs qətimkan tədbiri seçilib.

Araşdırmalar davam etdirilir.