SÜJET
Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Ağdam rayonunun Gülablı, Abdal və Xocavənd rayonunun Sos kəndləri istiqamətində açıq ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub.
Yurd.Media xəbər verir ki, bu barədə FHN-dən məlumat verilib.
Bildirilib ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
Hazırda yanğının söndürülməsi istiqamətində əməliyyat davam edir.
*** 13:56
Ağdam və Ağdərə rayonları ərazisində yanğınlar davam edir.
Yurd.Media-nın məlumatına görə, ötən gün yanğın tam nəzarətə götürülüb. Gecə saatlarında güclü külək alovu yenidən şiddətləndirib. Hazırda Ağdam rayonunun Əlimədətli, Mollalar, Ağdərə rayonunun Qazançı kəndi ərasizisində yanğınlar davam edir.
Yanğının qarşısını almaq üçün Ağdam və ətraf rayonlardan yanğınsöndürən briqadaları cəlb olunub. Bundan başqa, ərazidə FHN-nın Aviasiya dəstəsinin helikopteri yanğınla mübarizə aparır.