Abşeron rayonu, Xırdalan şəhərində yerləşən Abşeron DOST Mərkəzi müvəqqəti olaraq fəaliyyət göstərməyəcək.
Yurd.Media xəbər verir ki, bu barədə DOST mərkəzindən bildirilib. Qeyd edilib ki, ötən gün baş verən yağınla əlaqədar mərkəzdə kiçik təmir işləri aparılmalıdır. Vətəndaşlar Bakı şəhərində yerləşən digər DOST mərkəzlərinə müraciət edə bilərlər.
Qeyd edək ki, ötən gün saat 16:30 radələrində Abşeron DOST Mərkəzində baş verən yanğın hadisəsi Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə Xidməti tərəfindən operativ qaydada söndürülüb. Hadisə mərkəzin yalnız bir otağında baş verib və mərkəzi əhatə etməyib.