Aprelin 23-də Quba-Qonaqkənd-Muçu avtomobil yolunun İkinci Nügədi kəndindən keçən hissəsində uçmuş körpü bu gün müvəqqəti olaraq bərpa edilib.
Yurd.Media Bizim.Media-ya istinadən xəbər verir ki, bununla da 60-dan artıq kəndin yolu müvəqqəti də olsa, nəqliyyat üçün açıq vəziyyətə gətirilib.
Quba Rayon Fövqəladə Hallar Komissiyasının sədri Tariyel İbrahimov bildirib ki, təmir işlərini "Körpü-Bina-Tikinti" MMC-nin əməkdaşları həyata keçirib. Quba 5 saylı Yol İstismar İdarəsinin işçiləri də prosesə dəstək veriblər.
Quba Rayon İcra Hakimiyyəti başçısının Birinci Nügədi İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi Ceyhun Qədirov isə qeyd edib ki, artıq qəzalı körpünün yanında yeni körpünün inşasına başlanılıb.