SÜJET

Qeyri-sabit hava Erməni hərbi cinayətkarların məhkəməsi Kiberdələduzluq Süni intellekt Böyük Qayıdış
TikTokdan ev aldı, dələduzluğun qurbanı oldu - VİDEO

"TikTok"dan ev aldı, dələduzluğun qurbanı oldu - VİDEO

  • 12 may 2025, 21:41

Bakının Binə qəsəbə sakini Səkinə Ziyətxanova dələduzluğun qurbanı olduğunu iddia edir.

Yurd.Media Xəzər TV-yə istinadən xəbər verir ki, o, "TikTok" sosial şəbəkəsində gördüyü elan vasitəsilə 22 min manata ev aldığını bildirib.

Səkinə Ziyətxanovanın sözlərinə görə, evin alınması üçün əvvəlcə 12 min, daha sonra isə 10 min manat ödəyib. Evi sənədləşdirmək istədikdə isə qarşı tərəf müxtəlif bəhanələrlə onu yubadıb. O deyir ki, əlaqəni Şəbnəm adlı qadın yaradıb, lakin ödənişi evin sahibi Əziz İbadova edib.

Tərəflər Binə qəsəbəsində yerləşən evin satışı ilə bağlı razılığa gəliblər. Lakin yenidən evi görmək istədikdə onları tamamilə başqa şəxslər qarşılayıb.

Əziz İbadov səsləndirilən iddiaları təkzib edib. Bildirib ki, evi 18 min manata satışa çıxarıb. Səkinə Ziyətxanova ilə razılaşma əsasında ona 12 min manat ödənilib, lakin qalan məbləğ vaxtında verilmədiyi üçün evi başqa şəxsə satıb. İddia edir ki, aldığı 12 min manatı da geri qaytarıb.

Qeyd edək ki, ötən gün də bir qrup vətəndaş sosial şəbəkələrdə yayımlanan reklamlar vasitəsilə aldandıqlarını və pullarını itirdiklərini iddia ediblər.

Ətraflı süjetdə: