SÜJET
Kəlbəcərdə yol-nəqliyyat hadisəsi baş verib.
Yurd.Media “Qafqazinfo”-ya istinadən xəbər verir ki, hadisə rayonun İstisu qəsəbəsində qeydə alınıb.
Bakı şəhərində yaşayan, əslən Kəlbəcər rayonundan olan sürücü 1985-ci il təvəllüdlü Namiq Mamedov qəza anında “Niva” markalı avtomobili ilə birlikdə çaya düşüb.
Müxtəlif bədən xəsarətləri alan şəxs xəstəxanaya yerləşdirilib. Vəziyyəti orta-ağırdır.
Faktla bağlı araşdırma aparılır.