SÜJET

Süni intellekt Böyük Qayıdış Bank Daşınmaz əmlak Sülh gündəliyi
“Şəhərsalma və Memarlıq İli” Tərtərdə ağacəkmə ilə qeyd olunub

“Şəhərsalma və Memarlıq İli” Tərtərdə ağacəkmə ilə qeyd olunub

Tərtər

Seydimli kəndində ağacəkmə və təmizlik aksiyası keçirilib.

Yurd.Media xəbər verir ki, Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan edilməsi ilə əlaqədar Tərtər Rayon İcra Hakimiyyəti tərəfindən təsdiq edilmiş Tədbirlər Planına uyğun olaraq Seydimli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyin təşkilatçılığı ilə kənd ərazisində təmizlik və ağacəkmə aksiyası keçirilib.

Aksiya çərçivəsində ətraf mühitin mühafizəsi və sanitariya vəziyyətinin yaxşılaşdırılması məqsədilə genişmiqyaslı təmizlik işləri aparılıb, ərazidə müxtəlif növ ağaclar əkilib. Əkilən ağaclara aqrotexniki qulluq göstərilib.

Aksiyanın keçirilməsində əsas məqsəd kənd ərazisində ekoloji mühitin sağlamlaşdırılması, yaşıllıq sahələrinin artırılması, ətraf mühitin mühafizəsinin gücləndirilməsi, həmçinin sakinlər arasında təmizlik, abadlıq və yaşıllaşdırma ənənələrinin təşviq olunmasıdır.

Skat.az - Ev və Avtomobil elanları