SÜJET

TƏYİNATLAR MƏHKƏMƏ Bank Daşınmaz əmlak Böyük Qayıdış
İlham Əliyev COP31 çərçivəsində jurnalistin maraqlı sualını cavablandırıb - VİDEO

İlham Əliyev COP31 çərçivəsində jurnalistin maraqlı sualını cavablandırıb - VİDEO

  • 14 noyabr 2026, 21:34

Türkiyəli jurnalist Hamid İhtiyar Antalya şəhərində keçirilmiş COP31 çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevə qlobal iqlim dəyişikliyi ilə bağlı sual ünvanlayıb.

Yurd.Media xəbər verir ki, bununla bağlı jurnalist öz "Instagram" səhifəsində paylaşım edib.

"Əgər dünyanın prezidenti olsaydınız, iqlim dəyişikliyi ilə bağlı nəyi dəyişərdiniz?" - sualına cavab olaraq Azərbaycan Prezidenti bildirib:

"Mən tövsiyə edərdim ki, hər bir lider öz ölkəsində iqlim dəyişikliyinə görə məsuliyyətli davransın və planeti qorumaq üçün hər şeyi etsin".

Sonda jurnalist planetin gələcəyi ilə bağlı fikirlərini bölüşdüyü və müsahibəyə vaxt ayırdığı üçün Prezident İlham Əliyevə təşəkkür edib.

Qeyd edək ki, H.İhtiyar bundan əvvəl Ukrayna Prezidenti Volodimir Zelenskidən də müsahibə almışdı.

Skat.az - Ev və Avtomobil elanları