Azərbaycanda yeganə ekologiya mütəxəssisi hazırlayan kurs olan "Environmental" Məhdud Məsuliyyətli Cəmiyyəti fəaliyyətini dayandırdı.
Yurd.Media-nın əldə etdiyi məlumata görə, "Environmental" MMC 2021-ci ildən ekologiya sahəsində müxtəlif xidmətlər və təlimlər təqdim edib.
Həmçinin şirkət ekoloji normativ sənədlərin hazırlanması, layihələrin və ekoloji icazələrin əldə olunması istiqamətində xidmətlər göstərirdi.
Nizamnamə kapitalı 10 manat olan şirkətin direktoru Orxan Aslanlıdır.