Son günlər havaların qeyri-sabit keçməsi Cənub bölgəsinin dağlıq rayonlarında yağıntılı hava şəraiti ilə müşahidə olunur.
Yurd.Media-nın məlumatına görə, axşam saatlarından etibarən Yardımlı rayonunun ucqar dağlıq ərazilərinə qar yağmağa başlayıb.
Yerli sakinlərin verdiyi məlumata görə, hazırda rayonun Dəlləkli, Arvana və digər dağlıq kəndlərində qar yağışı davam edir.
Qeyd edək ki, bölgədə havanın qeyri-sabit keçməsi dağlıq ərazilərdə temperaturun aşağı düşməsinə səbəb olub. Hava şəraiti səbəbindən ciddi problemlərin yaranmaması istiqamətində işlər aparılır.