SÜJET
Bu gün rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Horadiz şəhərində Beyləqan, İmişli, Xocavənd və Füzuli rayonlarının sakinlərini qəbul edib.
Yurd.Media Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə istinadən xəbər verir ki, vətəndaşların qəbulu zamanı nəqliyyat, telekommunikasiya, o cümlədən internet, teleradio yayımı və poçt xidmətləri ilə bağlı müraciətlərə baxılıb.
Müraciətlərin mövcud qanunvericiliyin tələblərinə uyğun və operativ şəkildə araşdırılması ilə əlaqədar Nazirliyin aidiyyəti qurumlarının rəhbərlərinə tapşırıqlar verilib. Vətəndaşların müraciətlərində göstərilən problemlərin bir qismi dərhal müsbət həllini tapıb.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin fəaliyyət sahələrinə aid olmayan məsələlərlə bağlı müraciətlər isə qeydiyyata alınıb və müvafiq qurumlara göndərilməsi təmin olunacaq.