Paytaxtın Nəsimi rayonunda insanların təhlükəsizliyinə risk yaradan və bioloji ömrünü başa vurmuş iri ağaclarla bağlı yenilənmə prosesi həyata keçirilir.
Yurd.Media xəbər verir ki, Bakının Nəsimi rayonunda inkişafını artıq dayandırmış, kökləri qurumuş, eləcə də qəzalı vəziyyətdə olan, güclü şəkildə əyilmiş və ətrafdakılar üçün təhlükə yaradan iri ağacların kəsilməsi və ərazidən çıxarılması istiqamətində genişmiqyaslı işlər aparılır.
Kəsilmiş ağacların yerində yeni ağaclar əkilir.
Bununla yanaşı, kəsilən hər bir ağac üzrə Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Dövlət Ekoloji Ekspertiza Agentliyinin müvafiq rəyləri əvvəlcədən alınıb.









