SÜJET

Böyük Qayıdış Daşınmaz əmlak Süni intellekt Bank Sülh gündəliyi
Daşkəsəndə ağacəkmə aksiyası keçirilib

Daşkəsəndə ağacəkmə aksiyası keçirilib

  • 03 aprel 2026, 23:14
Daşkəsan

Daşkəsən rayonunun Xoşbulaq kəndində və Yuxarı Daşkəsən qəsəbəsində “Azərbaycan Respublikasında 2026-ci ilin “Şəhərsalma və Memarlıq İli” elan edilməsi ilə bağlı Tədbirlər Planı”na uyğun olaraq yaz mövsümü ağacəkmə aksiyası təşkil olunub.

Yurd.Media xəbər verir ki, Aksiyada Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə, müəssisə və xidmət təşkilatlarının kollektivləri, çoxsaylı YAP fəalları, könüllü gənclər və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbir çərçivəsində yerli iqlim şəraitinə uyğun müxtəlifcinsli ağaclar əkilib, onlara aqrotexniki qulluq göstərilib.

İcra başçısı Orxan Abbasov ağacəkmə aksiyası zamanı bildirib ki, Prezident cənab İlham Əliyevin 2026-cı ili “Şəhərsalma və Memarlıq İli” elan etməsi ölkəmizdə hərtərəfli yeniləşmə və tərəqqi prosesinə növbəti töhfədir. Bu, şəhərlərimizin simasına yeni müasir çalarlar gətirəcək, tarixi memarlıq irsimizin qorunub inkişaf etdirilməsində yeni mərhələ olacaq.

Qeyd edək ki, “Şəhərsalma və Memarlıq İli”ndə Daşkəsəndə həyata keçirilən müxtəlif abadlıq və ekoloji tədbirlər rayonda ətraf mühitin sağlamlaşdırılmasına və yaşayış mühitinin daha da yaxşılaşdırılmasına xidmət edir.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları