SÜJET

Qurban bayramı Kiberdələduzluq Erməni hərbi cinayətkarların məhkəməsi Süni intellekt Böyük Qayıdış
Abşeronun Məhəmmədli kəndində balıqların kütləvi tələf olması araşdırılır - VİDEO

Abşeronun Məhəmmədli kəndində balıqların kütləvi tələf olması araşdırılır - VİDEO

Abşeron

Abşeron rayonu, Məhəmmədli kəndində yerləşən süni su hövzəsində balıqların kütləvi şəkildə tələf olması faktı qeydə alınıb. Hadisə ilə bağlı əraziyə müvafiq qurumların əməkdaşları cəlb olunub və ilkin araşdırmalara başlanılıb.

Yurd.Media xəbər verir ki, ərazidə "Real TV"nin əməkdaşları bir sürü tələf olmuş balığı müşahidə ediblər. Balıqların bədənində hər hansı xarici zədə, şişkinlik və ya rəng dəyişikliyi aşkarlanmayıb.

Aidiyyəti üzrə Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Xidmətlər Agentliyi, Baytarlıq Elmi-Tədqiqat İnstitutu və Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun əməkdaşları hadisə yerinə baxış keçirib və balıqlardan nümunələr götürülüb. Həmin nümunələr laboratoriyalarda analiz ediləcək.

İlkin versiyalardan biri kimi güclü külək nəticəsində suda oksigen çatışmazlığının baş verməsi ehtimal edilir. Su hövzəsində zəhərlənmə və ya xarici müdaxilə halları da istisna edilmir. Mütəxəssislər bəzi balıqlarda qaraciyər parçalanması əlamətlərinin müşahidə olunduğunu bildiriblər ki, bu da zəhərlənmə versiyasını gündəmə gətirir.

Qeyd edək ki, sözügedən süni göldə bu cür hadisə ilk dəfə qeydə alınmır. Əvvəlki illərdə də balıqların tələf olması halları müşahidə edilib. Lakin bu dəfə əsas diqqət tələf olan balıqların həm iri, həm də xırda ölçülü olmasıdır.

Prime Leasing