Üç qardaşın şərik olduğu şirkət Ağdaşın küçələrini təmir edəcək

Üç qardaşın şərik olduğu şirkət Ağdaşın küçələrini təmir edəcək

  • 12 aprel 2025, 17:43
Ağdaş

Ağdaş şəhərinin 6 küçəsinin təmirinə sərf olunacaq vəsaitin həcmi açıqlanıb.

"Yurd.Media"nın əldə etdiyi məlumata görə, şəhərin İqbal Rzayev, F.Səfərov, Ərəş, Mirzalı Əliyev, M.Ə.Rəsulzadə və Sönməz Məmmədov küçələrində əsaslı təmir işlərinə başlanılır.

Ağdaş Rayon İcra Hakimiyyəti təmir işlərini ATF şirkətinə həvalə edib və onunla müqavilə bağlayıb.

Müqaviləyə əsasən, 6 küçənin təmiri 400 min manata başa gələcək.

Qeyd edək ki, ATF MMC 2003-cü ildə dövlət qeydiyyatına alınıb. Şirkətin sahibləri Azad, Təbriz və Fəxrəddin Muradov qardaşlarıdır. ATF şirkətinin adı qardaşlarının adlarının baş hərflərinin birləşməsidir. Şirkətin qanuni təmsilçisi isə Azaddır. Şirkət əsasən bölgələrdə yol tikintisini həyata keçirir. İndiyədək ATF şirkəti milyonlarla dəyərində tenderlərin qalibi olub.