SÜJET

Süni intellekt Bank Böyük Qayıdış Sülh gündəliyi Market araşdırması
Sumqayıtda ticarət mərkəzi 5 min manat CƏRİMƏLƏNDİ

Sumqayıtda ticarət mərkəzi 5 min manat CƏRİMƏLƏNDİ

  • 18 avqust 2026, 12:54
Sumqayıt

Sumqayıtda fəaliyyət göstərən “Cavid Center” Ticarәt Mәrkәzi cərimə olunub. 

Yurd.Media-nın əldə etdiyi məlumata görə, Sumqayıt şәhәri, 13-cü mikrorayon, Ü.Hacıbәyov küçәsi ünvanında yerlәşәn “Cavid Center” Ticarәt Mәrkәzinin qarşısında әkilmiş 3 әdәd kolun kәsilәrәk mәhv edilməsi müəyyən olunub. 

Ekologiya vә Tәbii Sәrvәtlәr Nazirliyi 4 saylı Ekologiya vә Tәbii Sәrvәtlәr İdarәsi tərəfindən “Cavid Center” Ticarәt Mәrkәzinin barəsində İnzibati Xətalar Məcəlləsinin 253.3.1-ci maddәsi ilә ilә tәqsirli bilinib və Sumqayıt Şəhər Məhkəməsinin qərarı ilə 5000 manat cәrimә edilib. 

Bu qərardan “Cavid Center” Ticarәt Mәrkәzinin rəhbərliyi apellyasiya şikayəti vermə müddətini ötürüb. Buna görə də apellyasiya şikayətinin verilmə müddətinin bərpa olunması üçün Sumqayıt Şəhər Məhkəməsinə müraciət edib. Lakin məhkəmə şikayəti təmin etməyib. Bundan sonra apellyasiya şikayəti verilsə də, Sumqayıt Apellyasiya Məhkəməsində şikayətə baxılıb və təmin olunmayıb.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları