SÜJET

Erməni hərbi cinayətkarların məhkəməsi Bank Böyük Qayıdış Daşınmaz əmlak Süni intellekt
Qubada regionun biznes və rəqəmsal inkişafına həsr olunan sammit keçiriləcək

Qubada regionun biznes və rəqəmsal inkişafına həsr olunan sammit keçiriləcək

  • 10 fevral 2026, 19:16
Quba

TECHERA və QİAD-ın birgə təşkilatçılığı ilə Quba şəhərində regionun biznes və rəqəmsal inkişafına həsr olunan genişmiqyaslı sammit baş tutacaq.

Yurd.Media xəbər verir ki, Quba Olimpiya İdman Kompleksində 22 may tarixində keçiriləcək tədbir Quba, Qusar, Xaçmaz və ətraf rayonlardan olan sahibkarları, şirkət nümayəndələrini və gənc mütəxəssisləri bir araya gətirəcək.

Sammitdə eyni zamanda Bakıdan böyük holdinqlərin, aparıcı dövlət və özəl müəssisələrin nümayəndələrinin iştirakı nəzərdə tutulur. Bu isə region və paytaxt arasında yeni əməkdaşlıq imkanlarının formalaşmasına şərait yaradacaq.

Tədbir çərçivəsində yerli istehsalçı və sahibkarların məhsul və xidmət sərgisi, karyera sərgisi, innovativ texnoloji həllər zonası təşkil olunacaq. İştirakçılar banklar və maliyyə institutları ilə birbaşa görüşərək maliyyə imkanları barədə məlumat ala biləcək, dövlət, biznes və təhsil strukturları arasında şəbəkələşmə imkanlarından yararlana biləcəklər. Həmçinin Bakıdan gələn böyük holdinqlər və aparıcı dövlət-özəl qurumlarla tanışlıq və əməkdaşlıq fürsətləri təqdim olunacaq.

Sammitin əsas məqsədi regionda rəqabətqabiliyyətli və innovativ biznes ekosisteminin formalaşmasına, iqtisadi aktivliyin artmasına və uzunmüddətli tərəfdaşlıqların qurulmasına töhfə verməkdir.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları