"PulPal" MMC rəhbər vəzifəsində təyinat baş verib.
Yurd.Media-nın əldə etdiyi məlumata görə, şirkət rəhbər vəzifəsinə Leyla Əliyevanı təyin edib.
O bu vəzifədə Mehriban Əlizadəni əvəz edib.
Qeyd edək ki, ötən il Azərbaycan Mərkəzi Bankı “PulPal” MMC-nin vəzifəli şəxsinin inzibati məsuliyyətə cəlb olunması barədə qərar qəbul edib. Belə ki, plandankənar yerində yoxlama zamanı yoxlayıcıların lazımi texniki imkanlarla təmin edilməməsi və aparılmış əməliyyatlar haqqında dolğun məlumatların təqdim olunmaması ilə əlaqədar olaraq şirkətin vəzifəli şəxsi İnzibati Xətalar Məcəlləsinin 602.4-cü maddəsinə müvafiq olaraq 1 000 manat məbləğində cərimə edilmişdi.